Bir oğlu şəhid, digəri itkin düşən ana: "Hər oğlumun 2 azyaşlı övladı var" - FOTOLAR


Şəmkir rayonu, Yeniabad kəndində yaşayan Məmmədovlar ailəsinin 2 gizir oğlu 2-ci Qarabağ müharibəsində iştirak edib.
1990-ci il təvəllüdlü Gizir Məmmədov Cavid İlham oğlu şəhid olub, kiçik qardaşı 1992-ci il təvəllüdlü gizir Məmmədov Çingiz İlham oğlu isə itkin düşüb.

Bu barədə Yeniavaz.com-a şəhid və itkin düşmüş gizirlərimizin anası Faya Məmmədova məlumat verib.
Şəhidin anası bildirib ki, itkin düşən oğlu
Çingiz Murovdağda döyüşürdü:
"Onunla axırıncı dəfə sentyabrın 29-u danışdıq, hər şey yaxşıdır, dedi. O vaxtdan heç bir xəbər ala bilmədik. Qospitalları gəzdik, DNT analizi verdik, hər yerdə axtardıq. Daha sonra Cəbrayıldan sənədləri tapıldı, ancaq özünü gördüm deyən olmadı. Adı itkin düşənlər siyahısında var. Çingizimin 2 azyaşlı oğlu var. Böyük oğlum Cavid isə 4 oktyabrda şəhid olub. Onun da azyaşlı 2 övladı var. Artıq Cavidin 40-ı çıxıb, ancaq atası hələ də saqqallı gəzir, deyir, Çingiz gələndə yasdan çıxacağam. Bizim başqa övladımız yoxdu. Vətən sağ olsun, razıyıq ki, bir ayağı, qolu olmasın, ancaq nəfəsi gəlsin".


(Şəhid Məmmədov Cavid)


(İtkin düşən Məmmədov Çingiz)

DİGƏR XƏBƏRLƏR

Top