İran hökuməti uranın zənginləşdirilməsi istiqamətində yeni işlər görüldüyünü açıqlayıb.
Yeniavaz.com “reuters”ə istinadla xəbər verir ki, İran Natanzdakı yeraltı uran zənginləşdirmə zavodunda daha 3 qurğu yerləşdirib. Həmin qurğular vasitəsilə yeraltı zavodda uranın zənginləşdirilməsi və yığılması prosesi daha da sürətləndiriləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl tanınmış iranlı nüvə alimi Möhsün Fəxrizadə sui-qəsd nəticəsində qətlə yetirilimişdi. Həmin hadisədən sonra İran hökuməti nüvə silahlarının hazırlanması prosesinin sürətləndiriləcəyi barədə qərar qəbul etmişdi.