Moskvada COVID-19-a qarşı peyvəndləmə prosesi başlayıb


Rusiyanın paytaxtı Moskvada əhalinin koronavirusa qarşı peyvəndləmə prosesi başlayıb.
Yeniavaz.com
Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb. O bildirib ki, ilk beş saat ərzində 5 min nəfər peyvənd üçün qeydiyyatdan keçib.
Qeyd edək ki, Rusiyada hazırlanan  “Sputnik V”nin koronavirusa qarşı vaksin kimi istifadəsinə başlanılıb. Bir neçə gün əvvəl həmin vaksin BMT-yə təqdim edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top