Ərdoğan Makronu Fransa üçün bəla adlandırdı


"Makron Fransanın başına bəladır. Fransa çox, çox təhlükəli bir dövr yaşayır”.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyada cümə namazından çıxarkən jurnalistlərə deyib.
O həmçinin müsahibəsində Minsk qrupunda Fransanın vasitəçilik missiyasının qalmadığını vurğulayıb:
“Makron Fransanın başına bəladır. Fransa çox-çox təhlükəli bir dövr yaşayır. İstərdim ki, bir an əvvəl Fransa Makron bəlasından qurtulsun. Əks təqdirdə “sarı jiletlillər”dən qurtula bilməyəcək. “Sarı jiletlilər” daha sonra “qırmızı jiletlilərə” çevrilə bilər. Belə bir bəla ilə qarşı-qarşıyadırlar. Dəyərli qardaşım İlham Əliyev fransızlara belə bir tövsiyə verib: “Erməniləri bu qədər sevirlərsə Marseli ermənilərə versinlər”. Eyni tövsiyəni mən də verirəm. Qarabağ azərbaycanlı qardaşlarımızın torpaqlarıdır. 28 ildir buralar işğal altındadır. ABŞ da, Rusiya da bunu qəbul edir. Fransa da bunu qəbul edirdi”, - deyə Ərdoğan vurğulayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top