"İstanbuldakı terror Türkiyənin turizm cəlbediciliyinə zərbə vurdu"

Yeni il gecəsində İstanbulda törədilən növbəti terror aktı Türkiyənin turizm cəlbediciliyinə zərbə vurdu. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Turizm Sənayesi İttifaqının mətbuat katibi İrina Tyurina deyib. Onun sözlərinə görə, İstanbul tamamilə ekskursiya yönümlüdür: “Vaxtaşırı olaraq Türkiyədə və xüsusilə də İstanbulda baş verən hadisələr fonunda iddia etmək olar ki, bu istiqamət üzrə tələbat azalacaq. Güman edirəm ki, İstanbulda rusiyalılar var, lakin bu, əsasən qeyri-mütəşəkkil turistlərdir. Hazırda insanların Türkiyəyə gedib-getməyəcəyi barədə ciddi düşünmələri tendensiyaları davam edir. Mən çimərlik istiqamətlərini deyil, məhz ekskursiya turlarını nəzərdə tuturam. Turlar alanlar səfərdən çox güman ki, imtina etməyəcəklər, lakin belə bir səyahəti planlaşdıranlar isə ciddi düşünəcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top