Çexiyada koronavirusu məhv edən kağız hazırlanıb


Çexiya  alimləri səthinə düşən bakteriya və virusları məhv edən xüsusi kağız hazırlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, həmin kağız yeni növ koronavirusu məhv edə bilir. Viruslara qarşı olan həmin kağızın tərkibi sink və gümüşə əsaslanan xüsusi kimyəvi maddələrlə hazırlanmışdır. Aparılan testlər göstərdi ki, 10 dəqiqə ərzində bu cür kağızın üzərinə düşmüş koronavirusun hissəciklərinin 70 faizi, 30 dəqiqə ərzində isə viruslar tamamilə məhv olur. Çexiya ilk mərhələdə 10 ton belə kağız istehsal etməyi planlaşdırır.
 
 

DİGƏR XƏBƏRLƏR

Top