KTMT-nin yeni baş katibi məlum oldu

Kollektiv Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının (KTMT) yeni baş katibinin adı açıqlanıb. “Yeniavaz.com”u RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu, KTMT-nin baş katibinin müavini Valeri Semerikovdur. O, yanvarın 1-dən səlahiyyətlərinin icrasına başlayır. V. Semerikov səlahiyyətləri 2016-cı il dekabrın 31-də başa çatan Nikolay Bordyujanı əvəzləyəcək. N. Bordyuja 2003-cü ildən KTMT-nin baş katibi vəzifəsində çalışıb. KTMT-yə üzv ölkələr Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandır.

DİGƏR XƏBƏRLƏR

Top