"Azad edilmiş yaşayış məntəqələrinə Türkazər, Azərtürk, Türkqardaş adları verilsin" - Deputat


“Təklif edərdim ki gələcəkdə işğaldan azad edilmiş ərazilərimizdə yaşayış məntəqəlrində biri və ya bir neçəsi Türkazər, Azərtürk, Türkqardaş, Bir millət adlandırılsın və bu adlar bizləri daha da yaxınlaşdırsın”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə özünün feysbuk səhifəsində yazıb. O bildirib ki, Türkiyə daima ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib və daima Azərbaycanın yanında olub:
“"Bir millət, iki dövlət " şüarı özünü Dağlıq Qarabağ probleminin bütün gedişatında özünü real şəkildə sübut edə bilib. Türkiyə daima Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edib və bütün beynəlxalq münasibətlərində bu problemin ciddi müzkirəsinə çalışıb. Dünynın həll edə bilmədiyi  məsələlər Türkiyənin siyasi dəstəyi ilə həll edilib. Vətən Müharibəsi günlərində dost, qardaş Türkiyənin Azərbaycana siyasi və diplomatik dəstəyi Zəfər çalmağımızda böyük rol oynayıb”.

DİGƏR XƏBƏRLƏR

Top