Üç silahlı şəxs Ukraynadan Rusiyaya girməyə cəhd edib.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Hadisə ilə bağlı açıqlamada, “Qanunu pozanları tutmağa çalışarkən silahlı müqavimət göstərdilər. Cavab atəşi nəticəsində onlardan biri ölümcül yaralandı, ikisi isə Ukrayna ərazisinə qaçdı” - deyə bildirilib.
Qeyd edək ki, hadisənin tam təfərrüatı hələ açıqlanmayıb.