İsrail, İranı Azərbaycan, Gürcüstan və Yaxın Şərq ölkələrindəki səfirliklərinə hücum hazırlamaqda günahlandırır.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, bu açıqlama İsrailin terrorla mübarizə qrupu YAMAM tərəfindən verilib.
Qeyd edək ki, İran, məşhur nüvə alimi Möhsün Fəxrizadə Məhəbədinin öldürülməsində İsraili günhalandırır. İsrail tərəfindən hələ ki, sözügedən iddiaya qarşı heç bir cavab verilməyib.