Ərdoğan: "Məqsədləri Türkiyədə xaos yaratmaqdır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda 39 nəfərin ölməsi ilə nəticələnən terror aktı ilə əlaqədar açıqlama verib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, prezident bildiri ki, terror hücumlarının məqsədi Türkiyədə sabitliyi və xalqın ovqatını pozmaqla ölkədə xaos yaratmaqdır: “Ancaq biz millət kimi soyuqqanlığımızı qorumaq, bir-birimizlə daha da birləşərək bu cür çirkli oyunların məqsədinə çatmasına imkan verməyəcəyik. Terrorla mübarizəsini davam etdirən Türkiyə vətəndaşlarının təhlükəsizliyini və əmin-amanlığını təmin etmək üçün regionda lazımi tədbirləri görməkdə qətiyyətlidir”. R. T. Ərdoğan qeyd edib ki, müxtəlif terror təşkilatlarının Türkiyəyi hədəf aldıqları bu hücumlar bölgədə baş verən hadisərlə əlaqəlidir: “Ölkəmizə yönəlmiş təhdidləri və hücumları mənbəyində məhv etməkdə qətiyyətliyik. Terror təşkilatlarının və arxalarındakı qüvvələrin təkcə silahlı hücumlarına deyil, onların iqtisadi, siyasi, sosial hücumlarına qarşı da sonunadək mübarizə aparacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top