44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilən xüsusi anım günü ilə əlaqədar olaraq Azərbaycanda bir dəqiqəlik sükut olub.
Yeniavaz.com xəbər verir ki, canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi saat 12:00-da ölkənin bütün ərazisində bir dəqiqəlik sükutla yad edilib.