Bakıda COVID-19 xəstəsi belə saxlanıldı - Cinayət işi başlanıldı - VİDEO


Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Binə qəsəbəsində yaşayan Bahadur Əsgərovun virusun daha çox yayılmasına şərait yaratdığı  müəyyən edilib.
Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, araşdırma zamanı aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq yaşadığı ünvanı bir neçə dəfə tərk etdiyi məlum olub.
Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Bahadur Əsgərov yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bahadur Əsgərov barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top