Tərtər rayonunun prokuroru koronavirusdan vəfat etdi: Dəfn tarixi və yeri bəlli oldu

Tərtər rayonunun prokuroru Şıxəli Alməmmədov vəfat edib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bir neçə gün əvvəl Ş.Alməmmədovun səhhətində ciddi problem yaranıb. Prokurora COVID-19 diaqnozu qoyulub.

Onun koronavirusdan dünyasını dəyişdiyi bildirilir.

Əldə olunan məlumata görə, Şıxəli Alməmmədov sabah dəfn ediləcək. O, Göygöl rayonunda torpağa tapşırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top