Yaponiyada koronavirus peyvəndi pulsuz olacaq


Yaponiyada koronavirus peyvəndinin xərclərini mərkəzi hökumət qarşılayacaq.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, Yaponiya parlamenti bu barədə qanun layihəsi qəbul edib. Qanun layihəsi parlament tərəfindən yekdilliklə qəbul olunub.
Peyvəndlərlə əlaqəli inzibati işlərdən yerli idarələr cavabdeh olacaq. Qanun layihəsindən Yaponiyada yaşayan əcnəbilərin yararlanıb-yararlanmayacaqları məsələsinə isə aydınlıq gətirilməyib.
Qeyd edək ki, bu qanun layihəsi Tokioda və ölkənin bir sıra yerlərində infeksiyaların artmasından sonra qəbul olunub.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top