Rus sülhməramlıları bu gün Qarabağda 100-ə yaxın partlayıcı qurğu zərərsizləşdirib


Rusiya sülhməramlıları qüvvələri Dağlıq Qarabağda ərazini minalardan təmizləməyə davam edir.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, rusiyalı mütəxəssislər bu gün 100-ə yaxın partlayıcı qurğunu aşkar edərək zərərsizləşdirib. Partlayıcı qurğular xüsusi ayrılmış əraziyə aparılaraq, təhlükəsizlik tələblərinə uyğun şəkildə zərərsizləşdirilib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi sülhməramlıların 38 hektardan çox ərazini və 12 kilometrə yaxın yolu minalardan təmizləyib, 100-dən çox evə və sosial obyektə baxış keçirərək təxminən 1100 partlayıcı qurğunu zərərsizləşdirib.
 

DİGƏR XƏBƏRLƏR

Top