Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri: "Mendeleyev gizli kəşfiyyatçı olub"


Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin, məşhur kimyaçı Dmitri Mendeleyevin 19-cu əsrin ən böyük casuslarından biri olduğunu açıqlayıb.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, Sergey Narışkin bu barədə Rusiyanın “İstorik” jurnalına xarici kəşfiyyatın yüz illiyinə həsr olunmuş müsahibəsi vaxtı məlumat verib. O bildirib ki, Mendeleyev Amerika və Fransaya səyahətləri zamanı Amerika kerosini və tüstüsüz barıt barədə gizli məlumatlar toplayıb.
SVR rəhbəri bundan başqa Rusiya İmperiyasının Rus Tarixi Cəmiyyətinin ilk sədri Pyotr Vyazemskinin, coğrafiyaşünas və tədqiqatçı Nikolay Prjevalskinin, eyni zamanda yazıçı və diplomat Aleksandr Qriboyedovun adını da hallandırıb.

DİGƏR XƏBƏRLƏR

Top