Gecə klubunun sahibi: "Amerika kəşfiyyatı hücum barədə xəbərdarlıq etmişdi"

"Amerika kəşfiyyatı hücum barədə xəbərdarlıq etmişdi". Bunu İstanbulda silahlı hücum nəticəsində 39 nəfərin həyatını itirdiyi gecə klubunun sahibi Mehmet Koçarslan deyib. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən bildirir ki, M.Koçarslan bütün təhlükəsizlik tədbirlərinin alınmasına baxmayaraq hadisənin baş verdiyini bildirib: "İçəri girən şərəfsizlər "Kalaşnikov"larla atəş açıblar. Amerika kəşfiyyatı hücum barədə xəbərdarlıq etmişdi. 1 həftə 10 gün ərzində dəniz də daxil olmaqla bütün təhlükəsizlik tədbirləri görüldü. Nəticə nə oldu? Göz görə-görə bu hücum baş verdi".

DİGƏR XƏBƏRLƏR

Top