NATO-nun iclasında Dağlıq Qarabağ məsələsi müzakirə olunub


NATO-ya üzv ölkələrin Xarici İşlər nazirlərinin videogörüntülü iclası başa çatıb.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında rəsmi açıqlama verilib.
İclasda NATO-nun daxili nizam-intizam qaydaları, Rusiyanın hərbi ehtiyatları, Çinin siyasəti, Əfqanıstan və Belarusiyada baş verənlərlə yanaşı Dağlıq Qarabağda cərəyan edən hadisələr də müzakirə edilib. Sözügedən iclas, 1-2 dekabr tarixlərində baş tutub.
İclasda qlobal güc balansındakı dəyişikliyə və Çinin yüksəlişi məsələlərinə toxunulub. NATO-nun Baş katib Yens Stoltenberq iclas vaxtı Çinin insan hüquqlarını pozduğuna işarət edərək, təşkilatla rəqabət apardığını bildirib.
İclasların ikinci günündə NATO-ya üzv olan Ukrayna və Gürcüstanın Xarici İşlər nazirləri ilə Qara dəniz bölgəsindəki təhlükəsizlik məsələləri müzakirə edilib.
Məsələ ilə bağlı NATO-nun Baş katibi islahat proqramlarının müzakirə edildiyini nəzərə çatdıraraq, Gürcüstan və Ukraynaya real dəstəyin artırıldığını vurğulayıb.
Qeyd edək ki, Asiya-Sakit Okean tərəfdaşları olan Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya, eləcə də Finlandiya, İsveç və Avropa Birliyinin yüksək nümayəndələri iclaslarda iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top