"Bu qaydalara əməl etməsəniz COVID-19 testiniz yanlış nəticə verə bilər" - Pulmonoloq


Allerqoloq-pulmonoloq Ramin Nəriman burun-boğazdan yaxma üsulu ilə götürülən COVID-19 testinin daha effektiv olması üçün əməl edilməli olan bəzi qaydalar tərtib edib.
Yeniavaz.com
xəbər verir ki, bu qaydaların pozulması COVID-19 zamanı test nəticəsinin aşkarlama faizinə çox neqativ təsir edir və yanlış nəticə vermə ehtimalını yüksəldir:
“Səhər ağzınızı yaxalamayın, dişlərinizi yumayın, su-çay içməyin, yemək yeməyin, siqaret çəkməyin, burnunuzu silməyin. Yaxma götürüldükdən sonra gündəlik həyatınıza davam edə bilərsiniz”.

DİGƏR XƏBƏRLƏR

Top