Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub


Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

XİN-dən Yeniavaz.com-a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

 

DİGƏR XƏBƏRLƏR

Top