İstanbulda gecə klubuna silahlı hücum: 39 ölü, 65 yaralı VİDEO

İstanbulda gecə klubunda törədilmiş silahlı hücum nəticəsində ölənlərin sayı 39-a yüksəlib. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən bildirir ki. bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

S. Soylu deyib ki, bir qətliam törədilib. Olayda həyatını itirən 39 nəfərdən 4-ü də “Reina” gecə klubunun işçiləridir: "Bizim məlumatımıza görə 39 nəfər həyatını itirib. Ölənlərdən 21-nin şəxsiyyəti məlumdur. Qalan 18 nəfərin şəxsiyyəti dəqiqləşdirilir. Ölənlərdən hələlik 16-sının əcənəbi, 5-nin isə Türkiyə vətəndaşı olduğunu müəyyənləşdirmək mümkün olub. Xəstəxanadakı yaralılardan 4-nün vəziyyəti ağırdır". Türkiyənin daxili işlər naziri Santa Klaus geyimində gecə klubuna daxil olan şəxsin qətliamdan sonra paltarını dəyişərək oradan qaçdığını da söyləyib.

Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ isə xəstəxanalarda hazırda 65 yaralının olduğunu söyləyib..

Qeyd edək ki, hücum zamanı gecə klubunda 600-dək insan Yeni il bayramını qeyd edirmiş

Gecə klubu

Gecə klubu

DİGƏR XƏBƏRLƏR

Top