"Apple" gələn il "iPhone" istehsalını azaldacaq

ABŞ-ın “Apple” şirkəti 2017-ci ilin birinci rübündə “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarının istehsalını 10% azaldacaq. Rusiya mətbuatı xəbər verir ki, bu barədə “Nikkei” yazıb. “Nikkei”in məlumatına görə, bu hesablamalar şirkətin son model smartfonlarının istehsalı və qlobal satışı haqqında hesabatlarına əsaslanır. Eyni zamanda, məlumatlı mənbələr qeyd ediblər ki, istehsalın azalması tamamilə gözləniləndir. Xəbər verildiyi kimi, “Apple” şirkəti “iPhone” smartfonlarının Hindistanda da istehsal etməyə hazırlaşır.Report

DİGƏR XƏBƏRLƏR

Top