
“Bu xəstəliyin daşıyıcıları 20 yaşına qədər olan insanlardır”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. O bildirib ki, onlar çox vaxt bu xəstəliyi daşıdıqlarının fərqində olmurlar:
“Bu xəstəliyin daşıyıcıları 20 yaşına qədər olan insanlardır. Onlar daşıyırlar. Xəstəliyi ola bilər ki, asimptomatik şəkildə keçirir və heç xəbəri də olmur. Amma gedir evdə yaşlı inanlarla və ya xəstəliyi olanlarla təmas qurur və onları yoluxdururlar. Onlar bilməlidirlər ki, 20 yaşın altındakılar ölüm daşıyıcılarıdırlar.
Tətbiqimizi yükləyə bilərsiniz