Keçmiş MTN generalının özünün və ailə üzvlərinin bank hesablarındakı vəsaitin məbləği açıqlanıb

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və digər dəstə üzvlərinə məxsus və onun yaxın qohumlarının adlarına sənədləşdirilmiş çoxsaylı danışmaş əmlaklar aşkar edilərək, üzərilərinə müvafiq məhkəmə qərarları əsasında həbs qoyulub. Həmin həbs qoyulmuş əmlaklar iş üzrə təyin edilən və keçirilən məhkəmə-tikinti texniki ekspertizasının 17829 №-li rəyi ilə qiymətləndirilib. İttiham aktında qeyd edilib ki, 14.10.2016-cı il tarixli bank sənədlərinə baxış protokolundan görünür ki, "AGBank" ASC-də S.Qurbanovun və ailə üzvlərinin hesablarına 2012-2015-ci illərdə öz hesabları arasında dövriyyə və xərclərin geri qaytarılmasını nəzərə almamaqla ümumilikdə 192 min 664 ABŞ dolları, 84 min 69 Avro və 51 min 281 manat, onun qızı Mirvari Qurbanovanın adına "Bank Respublika" ASC-də olan hesablar üzrə 18.01.2011-24.11.2015-ci illər ərzində 21 min 474 manat, "Kapital Bank" ASC-də sabiq MTN generalının həyat yoldaşı Şəhla Qurbanovanın adına olan hesaba 22.01.2015 - 02.12.2015-ci il tarixləri ərzində ümumilikdə 20 min Avro mədaxil edilib.
Həmçinin, "Bank Standart" QSC-də S.Qurbanovun hesablarına 21.01.2015-16.12.2015-ci il tarixləri ərzində 28 min 883 Avro, 30 min ABŞ dolları, cəmi 4 bank tərəfindən təqdim edilmiş sənədlər əsasında müəyyən olunub ki, onun özü, Ş.Qurbanova, M.Qurbanzadə və oğlu Erkin Qurbanzadənin adlarına olan hesablarına 2011-2015-ci illər ərzində ümumilikdə 72 min 755 manat, 132 min 902 Avro, 222 min 674 ABŞ dolları pul vəsaitləri mədaxil olunub.
Qeyd edək ki, S.Qurbanov Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 320.1, 320.2, 341.2.1, 341.2.2, 341.2.3-cü maddələri ilə ittiham olunur.Report

DİGƏR XƏBƏRLƏR

Top