Rusiya bu gün "Sputnik V" peyvəndini BMT-yə təqdim edəcək


Rusiyanın Səhiyyə naziri Mixail Muraşko, BMT-yə yeni növ koronavirusa qarşı "Sputnik V" peyvəndi təqdim edəcək.
Yeniavaz.com
Rusiya mətbuatına istinadla xəbər verir ki, təqdimat virtual formatda bu gün 18:30-da keçiriləcək. 
Qeyd edək ki, Rusiyada bu günə qədər iki koronavirus əleyhinə peyvənd qeydə alınıb. Bunlardan biri, "Sputnik V", Rusiya Səhiyyə Nazirliyinin Gamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi, digəri Epivaccorona Vektor Mərkəzi tərəfindən hazırlanıb. Rusiya Elmlər Akademiyasının İmmun və Bioloji Məhsulların Tədqiqatı və İnkişafı üzrə “Çumakov” Federal Elmi Mərkəzi tərəfindən hazırlanmış digər bir COVİD-19 peyvəndinin də yaxın zamanda qeydiyyata alınması gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top