Antonio Quterreş: “Dünyada acılıq riski ilə üzləşənlərin sayı iki dəfə artıb"


BMT-nin baş katibi Antonio Quterreş dünya ölkələrinin ciddi böhranla üzləşdiyini deyib
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Antonio Quterreş dünyada böhrandan çıxmaq üçün BMT-nin 35 milyard dollara ehtiyacı var:
"2020-ci il çox çətin bir il oldu. Münaqişələr, iqlim dəyişikliyi və COVID-19 İkinci Dünya Müharibəsindən sonra ən böyük humanitar problemlərə səbəb oldu. Aclıq riski altında olan insanların sayı iki dəfə artdı. Yüz milyonlarla uşaq məktəbdən kənarda qaldı. Həddindən artıq yoxsulluq səviyyəsi 22 ildən sonra ilk dəfə yüksəldi. Bu dövrlərdə böyük risk altında olanları dəstəkləmək üçün səfərbər olmalıyıq. 160 milyon ən həssas insana həyat qurtaran yardım almaq üçün 35 milyard dollara ehtiyacımız var".

DİGƏR XƏBƏRLƏR

Top