
Rusiya Müdafiə Nazirliyi Qarabağda ərazinin minalardan təmizləmə prosesinin davam etdirildiyini bildirib.
Yeniavaz.com “ria.ru”ya istinadla xəbər verir ki, Rusiya sülhməramlı qüvvələri ötən gün Xankəndi ərazisində orta məktəb ərazisini partlayıcı maddələrdən təmizləyib. Ümumilikdə isə bugünə qədər Qarabağda 34 hektardan çox ərazi, 12 kilometrə yaxın yol, 110-dan çox ev və sosial obyektdə yoxlamalar aparılıb və 1077 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.
Tətbiqimizi yükləyə bilərsiniz