“Füzulinin azad olunmasına görə” medalının əsasnaməsi təsdiqlənib - FOTO


Prezident İlham Əliyev “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməni təsdiqləyib.

Yeniavaz.com xəbər verir ki, “Füzulinin azad olunmasına görə” medalı ilə Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

“Füzulinin azad olunmasına görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Xocavəndin azad olunmasına görə” medalından sonra taxılır.

DİGƏR XƏBƏRLƏR

Top