"Neftçi"dən kənarlaşdırılan futbolçu Braziliya A Seriyasında çıxış edəcək

"Neftçi"nin sabiq futbolçusu Denilson Pereyra Junior özünə yeni komanda tapıb. 21 yaşlı hücumçu Braziliya A Seriyasında mübarizə aparan "Avai" klubuna bir illik icarəyə verilib. Onunla rəsmi anlaşma yanvarın 3-də bağlanılacaq. Denilson karyerasına Braziliya "Flüminense"sində başlasa da, hazırda müqavilə üzrə İspaniya "Qranada"sına məxsusdur. Gənc forvard avqustun əvvəllərində "Neftçi"yə bir illik icarəyə verilib. Lakin flaqmanın "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətindən sonra - oktyabrın 30-da o, 4 komanda yoldaşı ilə birgə əvəzedici heyətə göndərilib. Noyabrın 19-da isə Denilsonla icarə müqaviləsinə xitam verilib.Report

DİGƏR XƏBƏRLƏR

Top