İlin ən populyar filmləri məlum oldu

IMDB internet film kataloqu saytı ilin 10 ən populyar filmini müəyyənləşdirib. Siyahının ilk beşliyində superqəhrəman və supercanilər haqqında filmlər yer alıb. Reytinqin lideri rejissor Devid Eyrin “Intiharçılar dəstəsi” filmidir. Filmdə baş rolları Cared Leto, Marqo Robbi, Uill Smit, Kara Delevin və Cey Kortni ifa edib. İkinci yerdə “İlk qisasçı: Qarşıdurma”, üçüncü pillədə isə “Betmen Supermenə qarşı” filmləridir. Siyahıya “Dedpul”, “İks adamlar: Apokalipsis”, “Cəngəllik kitabı”, “Möhtəşəm yeddilik”, “Kabus ovçuları”, “Varkraft” və “Tarzan: Əfsanə” filmləri daxil olub. Siyahının hazırlanması zamanı istifadəçilərin imdb.com saytında aldıqları məlumatlardan istifadə olunub.

DİGƏR XƏBƏRLƏR

Top