Moskvada həkimlərə taksi pulsuz olacaq


Rusiyanın paytaxtı Moskva şəhərində həkimlər pulsuz taksi xidməti ilə təmin ediləcək.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Moskva meri Sergey Sobyanin tibb işçilərinin taksi ilə pulsuz daşınması üçün 128,4 milyon rubl (2 milyon 865 min 792 manat)  ayrılması üçün əmr imzalayıb. Bu barədə hökumətin mətbuat xidmətindən məlumat verilib.
Yeni qərara görə, tibb işçiləri test etmək və xəstələrə evdə yardım göstərmək üçün taksi ilə ünvanlara pulsuz daşınacaqlar. 

DİGƏR XƏBƏRLƏR

Top