İran prezidenti Astanada keçiriləcək görüşə qatılacağını bildirib

İran prezidenti Həsən Ruhani Türkiyə və Rusiya prezidentlərinin Suriyadakı vəziyyətlə bağlı görüşünə qatılacağını təsdiqləyib. “Mehr News” xəbər verir ki, Həsən Ruhani bu görüşün keçirilməsini alqışlayıb. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin 2017-ci ilin yanvarında Qazaxıstanın paytaxtı Astanda görüşəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Astanada Suriya ilə bağlı aparılacaq danışıqlara Səudiyyə Ərəbistanı və Qətər qoşulmalıdır. Onun sözlərinə görə, Ər-Riyad və Doha Suriya münaqişəsinin nizamlanmasında "xoş məram və dəstək nümayiş etdirdikləri üçün" görüşdə iştirak etməlidirlər. Ərdoğan, bununla yanaşı vurğulayıb ki, terrorçu PKK-nın Suriyadakı qolları, “YPG” və “PYD” danışıqlara dəvət olunarsa, Türkiyə iştirakdan imtina edəcək.Report

DİGƏR XƏBƏRLƏR

Top