Əlində zırpaket partlayan 6 yaşlı uşaq ciddi xəsarət alıb


Partlayıcı vasitələrin təhlükəli olması ilə yanaşı ,onun yaratdığı qulaqbatırıcı səslər insanların rahatlığını pozur. "Yeniavaz.com" xəbər verir ki, yeni il ərəfəsində Mingəçevirdə 6 yaşlı oğlan uşağının əlində partlayıcı vasitə partlayaraq uşağın əli yaralanıb. Mingəçevir Xəstəxanasının Travmatologiya şöbəsindən verilən məlumata görə M.Maqamayev 89/11 ünvanda yaşayan 2010 cu il təvəllüdlü Haqverdi Elgün Elsevər oğlunun bu gün axşam saatlarında əlində zırpaket partlayıb. Uşağa ilkin tibbi yardım göstərilib. Hal-hazırda uşağın vəziyyəti kafi qiymətləndirilir.

Esmira Hidayətova Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top