Bakı sakini Küveyt vətəndaşının çantasını oğurlayıb

Küveyt vətəndaşının çantasını oğurlamış Bakı sakini tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsi əməkdaşları tərəfindən dekabrın 28-də Küveyt vətəndaşı Abdullah Alhubaidahın Nobel prospekti ərazisində itirdiyi, içərisində 9645 manat, 500 ABŞ dolları, sənəd, 6 ədəd bankomat kartı, qələm və diplomatik vəsiqəsi olan çantanın Bakı şəhər sakini Əkbər Nəbiyev tərəfindən oğurlanması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Nəbiyev tutulub.Virtualorg.az

DİGƏR XƏBƏRLƏR

Top