Putin pensiyaya çıxmasından danışıb

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, vaxtı gələndə sağ-salamat təqaüdə çıxacaq. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə,bunu V.Putin Soçidə keçirilən “Valday” beynəlxalq diskussiya klubunun yekun plenar sessiyasında deyib. O bildirib: “Hörmətli moderator mənə sağ-salamat pensiyaya çıxmağımı arzuladı, mən də bunu özümə arzu edirəm. Vaxtı gələndə bunu etmək lazımdır”. Bununla belə prezident qeyd edib ki, hələ pensiyada deyil və böyük dövlətin rəhbəridir.

DİGƏR XƏBƏRLƏR

Top