Azərbaycanda ağ civəni 8 min dollara satan şəxslər tutulub

Azərbaycanda ağ civəni 8 min dollara satan şəxslər tutulub. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakinləri Faiq Nəbiyev və Məmməd Abdullayev Samux rayonu ərazisində 6 kiloqram 795 qram ağ civəni 8000 ABŞ dollarına satarkən tutulublar. Faktla bağlı araşdırmalar davam etdirilir.Report

DİGƏR XƏBƏRLƏR

Top