Gürcüstanda COVİD-19-a yoluxma hallarında yeni rekord qeydə alınıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, Gürcüstanda son sutka ərzində 3 min 216 nəfər COVİD-19-a yoluxub, 37 nəfər isə həmin xəstəlikdən dünyasını dəyişib. Nəticədə həmin ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 135 min 584-ə, ölənlərin sayı isə 1267-yə çatıb. 113 min 986 nəfər isə müalicə alaraq sağalıb.