Cinayətdə istifadə edilən avtomobilin sahibi bir ay əvvəl... - Fəxrizadə qətlinin təfərrüatları


Nüvə fizikası üzrə iranlı mütəxəssis Möhsün Fəxrizadənin qətlə yetirilməsini təfərrüatları ortaya çıxıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, alim qətlə yetirilmədən əvvəl, həyat yoldaşı ilə Mazandaran əyalətindən, Tehran əyalətinin Absard şəhərinə tərəf yol düşüb. Onu üç təhlükəsizlik maşını müşayiət edib. İlk avtomobil yoldakı vəziyyəti yoxlamaq üçün öndə gedib. Bu vaxt həmin avtomobilə güllə atılıb və bu səbəblə mühafizəçilər hərəkəti dayandırıb. Bu səs Fəxrizadənin diqqətini çəkib. O, öndəki maşında problem olduğunu düşünərək maşından düşüb. Bu vaxt alimə150 metr məsafədə olan Nissan avtomobilindən atəş açılıb. Alimə dörd güllə dəyib. Sonra Nissan avtomobili partladılıb. Atışma zamanı bir neçə güllə də Fəxrizadənin cangüdəninə dəyib. Alim dərhal xəstəxanaya aparılıb ancaq onun həyatını xilas etmək mümkün olmayıb. Qətldə istifadə edilən Nissan avtomobilinin sahibinin isə 29 oktyabrda İranı tərk etdiyi məlum olub.
Hadisə yerində aparılan araşdırma zamanı İsrail istehsalı silahların qalıqları tapılıb.

DİGƏR XƏBƏRLƏR

Top