Bayden Ağ Evin qadınlardan ibarət ictimai əlaqələr qrupunu təqdim etdi


Co Bayden Ağ Evin ictimai əlaqələr qrupuna yalnız qadınları təyin etməklə ABŞ administrasiyası tarixində bir ilkə imza atıb.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Bayden özü açıqlama verib. O açıqlamasında komandasının təcrübəli və istedadlı olduğuna diqqət çəkib.
Bayden və onun köməkçisi Kamala Harris Cen Psakini Ağ Evin sözçüsü olaraq təyin edib.
Keyt Bedinfild Ağ Evin rabitə direktoru, Karin Cin-Pierre mətbuat katibinin müavini, Pili Tobar ictimai əlaqələr şöbəsinə müdir müavini, Eşli Etienne ictimai əlaqələr şöbəsinin direktoru, Simon Sanders vitse-prezident Harrisin baş məsləhətçisi vəzifəsinə təyin olunub.
Elizabet Aleksandranın isə Baydenin həyat yoldaşı Cill Baydenin ictimai əlaqələr şöbəsinin rəhbəri olacağı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top