Rusiyada son 24 saatda 26 min 338 nəfər koronavirusa yoluxub


Rusiya Federasiyasında son 1 sutkada COVID-19 xəstələrinin sayı 26 min 338 nəfər artaraq, 2 milyon 295 min 654 nəfərə çatıb.
Yeniavaz.com
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərargahı məlumat yayıb. Bildirilib ki, son gün ərzində qeydə alınan yoluxma sayı Rusiyanın 84 bölgəsinin nəticəsidir. 5565 nəfərdə isə COVID-19 simptomsuz olaraq aşkarlanıb.
Qeyd edək ki, son 1 gündə Rusiyada koronavirusdan 368 nəfər olmaqla, ümumilikdə 39 min 895 nəfər dünyasını dəyişib. 1 milyon 778 min 704 nəfər sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top