Maradonanın həkiminə cinayət işi açıldı


Bir neçə gün əvvəl dünyasını dəyişən məşhur futbolçu Dieqo Maradonanın həkimi Leopoldo Luqueyə cinayət işi açılıb. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, polis, Luqueyenin evində və xüsusi klinikasında axtarış aparıb. Maradonanın vəkilləri və ailəsi ona vaxtında müdaxilə edilmədiyindən şübhələnirlər. 
Qeyd edək ki, məşhur futbolçu Maradona 60 yaşında vəfat edib. O, bir müddət əvvəl beynindən əməliyyat olunmuşdu, həkim nəzarətində saxlanılırdı.

DİGƏR XƏBƏRLƏR

Top