Co Bayden ayağından xəsarət aldı


Co Bayden iti ilə oynayarkən yıxılıb, ayağından xəsarət alıb. 
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Baydenin sağ ayağında sümüyün iki yerdən çatladığı bildirilib. Həkimlər Baydenin müalicə olunduğunu və bir neçə həftə sonra sağalacağını deyiblər. 
Qeyd edək ki, ABŞ-da 3 noyabrda keçirilən prezident seçkilərindən sonra Co Baydenin Donald Trampa qalib gəldiyi bildirilib. Ancaq Tramp seçkilərdə saxtakarlığın olduğunu bildirərək məhkəməyə müraciət edib.

DİGƏR XƏBƏRLƏR

Top