Masazırda yaşayış kompleksində yanğın olub - VİDEO + FOTOLAR


Masazır qəsəbəsində yaşayış binasında yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, hadisə "Viktoriya" yaşayış kompleksi meydana gəlib. Sakinlərin sözlərinə görə hadisəyə səbəb elektrik şitinin alışması olub.
FHN-dən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
İlkin məlumata görə, binanın şaxtasında elektrik naqilləri və sayğaclar yanıb. 17 nəfər bina sakini (o cümlədən 7 azyaşlı) təhlükəsiz əraziyə çıxarılıb. Yanğın söndürülüb.
Sakinlər həmçinin bildiriblər ki, yaşayış kompleksinin elektrik sistemi problemlidir. Belə ki, onlar bu cür halların tez-tez baş verdiyini deyiblər.






DİGƏR XƏBƏRLƏR

Top