Suqovuşana çəkilən magistral yol minalardan təmizlənir - FOTOLAR


"Tərtər Suqovuşan yolunun yenidən qurulması üçün, əraziləri minaladan və partlamamış silah sursatdan təmizlənməsi üçün əməliyyat axtarış tədbirləri davam etdirilir".
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu ANAMA-nın Operativ Qərərgahın rəisi İdris İsmayılov söyləyib.
İdris İsmayılov bildirib ki, artıq burda 10 gündür təmizləmə işi 3 istiqamətdə əllə, mexaniki maşınlarla və minaaxtaran vasitəsilə həyata keçirilir:
"Bu günə kimi 169 ədəd mina və partlamamış hərbi sursat tank əleyhinə və piyada əleyhinə minalar aşkar olunaraq zərərsizləşdirilib. 10 km yoldan artıq 8 km -i təmizlənib. Son 3-4 gün ərzində isə  yerdə qalan hissəsi təmizlənib istifadəyə veriləcək. Ümumiyyətlə, 27 sentyabr tarixindən əməliyyat axtarış tədbirləri nəticəsində 750 ədəd partlamamış hərbi sursat,  4500 ədəd  piyada əleyhinə mina və 2000-ə yaxın tank əleyhinə mina aşkar edilərək götürülüb. Hazırda  partlamamış silah sursatla çirklənmiş ərazilərdə axtarış davam etdirilir".



DİGƏR XƏBƏRLƏR

Top