Paşinyan daxili çəkişmələrdən yazdı: "Əgər hamı başa düşsə ki..."


Nikol Paşinyan ölkədə daxili çəkişmələri dayandırmağa çağırıb. 
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə feysbukda yazıb. Paşinyan bildirib ki, bu, əsirlərin qaytarılması və itkin düşənlərin axtarışı ilə bağlı problemlərin həllini sürətləndirmək üçün vacibdir. O, daxili fikir ayrılıqlarının problemin həllini sürətləndirməyəcəyini qeyd edib: “Problemin həlli yalnız bir halda sürətlənəcək. Əgər hamı başa düşsə ki, bununla bağlı daxili toqquşmalar olmayacaq”.
Paşinyan bildirib ki, gələcəkdə kimin günahkar olması və kimin necə məsuliyyət daşıyacağı aydınlaşacaq. “Amma indi biz bir-birimizlə mübarizəyə deyil, problemin birgə həllinə diqqət yetirməliyik. Mən buna əminəm".

DİGƏR XƏBƏRLƏR

Top