Həyat yoldaşı ilə birgə cəbhədə hərbçilərimizə yardım edən Ağalarovlar ailəsi - VİDEO

Həyat yoldaşı neftçi, özü isə stomatoloq...

Yeniavaz.com Xezerxeber.az-a istinadla xəbır verir ki, söhbət 37 yaşlı Miryaqub Ağalarovdan gedir.

Onun əsl peşəsi neftçidir. Döyüşlər zamanı stomatoloq işləyən həyat yoldaşı ilə birgə cəbhəyə yollanıb.

Sosial şəbəkələrdə yayılan fotolarda əynində həkim forması olan Miryaqub deyir ki, geyimi ona hospitalda veriblər. Yaralıları daşıdığı üçün üst-başı təmiz olmalı idi.

Özəl klinikaların birində stomatoloq işləyən Sevinc Ağalarova isə 2 körpə balasını anasına tapşıraraq 8 gün ərzində əsgərlərimizə yardım edib. Həmin dövr ərzində gördüklərini, yaşadıqlarını isə ömrünün sonuna kimi unutmayacaq...

Bütün gününü əməliyyatxanada keçirən 34 yaşlı həkimimiz deyir ki, həyat yoldaşı ilə çiyin-çiyinə əllərindən gələni ediblər. Bundan sonra da vətən üçün hər fədakarlığa hazırdırlar.

DİGƏR XƏBƏRLƏR

Top