Xəbər verdiyimiz klmi, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizdəki diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə erməni silahlı qüvvələrinin işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib.
Səfər zamanı 13 yaşlı xanəndəmizin ifa etdiyi “Bayatı-Şiraz” muğamını dinləyərkən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilməyib. H.Hacıyev öz səsi ilə onu kövrəldən gənc xanəndəyə minnətdarlığını bildirib.
Bu barədə süjet Türkiyənin “Haber Global” telekanalında yayımlanıb.