Türkiyə prezidenti İraqın baş naziri ilə telefonla danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş naziri Heydər əl-İbadi ilə telefonla danışıb. Anadolu agentliyi xəbər verir ki, danışıq zamanı terrora qarşı birgə mübarizə müzakirə edilib. Ərdoğan və əl-İbadi bütün terrorçu qruplaşmalara qarşı birgə mübarizənin vacib olduğunu, terrorçuluğa bölgənin sabitliyini pozmasına imkan verilməyəcəklərini vurğulayıblar. Türkiyə prezidenti və İraq hökumətinin başçısı telefon danışığında 2017-ci ildə öz ölkələri başda olmaqla bütün bölgəyə sabitlik və sülhün gəlməsini arzulayıblar. Report

DİGƏR XƏBƏRLƏR

Top