İranda öldürülən nüvə aliminin DOSYESİ


İranda terror aktı nəticəsində öldürülən nüvə alimi Möhsün Fəxrizadə ballistik raketlərin hazırlanmasında iştirak edib. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Möhsün Fəxrizadə 1958-ci ildə İranın Qum şəhərində anadan olub. Nüvə fizikası mühəndisliyi üzrə magistr dərəcəsini aldıqdan sonra işə başlamış və bu sahədə professor dərəcəsi alıb. Nüvə alimi Amerikanın “Foreign Policy" nəşri tərəfindən çap olunan dünyanın 500 ən güclü insanı siyahısında yer alan beş İranlı nüfuzlu alimdən biridir.
Möhsün Fəxrizadə İran İslam Respublikası Müdafiə Nazirliyinin tədqiqat və innovasiya şöbəsinə rəhbərlik edib, eyni zamanda ballistik raketlərin hazırlanmasında da fəal iştirak edib.
ABŞ, İsrail və digər Qərb ölkəlkərinin kəşfiyyat orqanları Fəxrizadənin İranda nüvə silahı hazırlayan əsas şəxslərdən biri olduğunu iddia etmişdi.
Fəxrizadə İranın nüvə alimlərinə qarşı 2010-cu ildən bəri həyata keçirilən hücumların beşinci qurbanıdır.
27 noyabrda Möhsün Fəxrizadə avtomobillə hərəkət edərkən sui-qəsdə məruz qalıb. Bir neçə silahlı şəxsin açdığı atəş nəticəsində ağır yaralanan alim xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.  
 

DİGƏR XƏBƏRLƏR

Top